
Daşkənd şəhərində yerləşən Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda görkəmli bəstəkar və musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Yunis Rəcəbi adına İnstitutun birgə təşkilatçılığı ilə reallaşıb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri institutun rektoru professor Eldor Şermanov açaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı müstəsna rolundan, onun zəngin yaradıcılıq irsi və ictimai fəaliyyətindən bəhs edib.
Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin müşavir-elçisi Fariz Məmmədov dahi sənətkarın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Fariz Məmmədov deyib ki, hələ 1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük Üzeyir Hacıbəylinin anadan olduğu günü, sentyabrın 18-ni ölkəmizdə Milli Musiqi Günü elan edib. Bu da böyük bəstəkara olan hörmət və ehtiramın təcəssümüdür.
Çıxış edən Özbəkistandakı səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mərkəz tərəfindən qardaş ölkədə mütəmadi olaraq silsilə tədbirlər keçirildiyini və bugünkü tədbirin də bu qəbildən olduğunu bildirib.
Akif Marifli “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilinə tərcüməsinin nəşrini özbək mədəniyyəti tarixi üçün böyük hadisə olduğunu qeyd edərək sözügedən nəşrin iki qardaş xalq arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətində bir körpü rolu oynayacağını vurğulayıb.
Daha sonra çıxış edən Özbək Milli Musiqi Sənəti İnstitutunun professoru Soyibcan Begmatov Üzeyir Hacıbəylinin sözügedən əsərinin özbək dilinə tərcümə olunmuş variantının musiqişünaslar üçün, ələlxüsus da musiqi təhsili verən təşkilatlar üçün çox qiymətli bir dərs vəsaiti, mənbə olduğunu qeyd edib.
Çıxış edən Özbəkistanın Əməkdar incəsənət xadimi professor Firuza Əbdüraximova Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri təkcə bir kitab deyil, milli musiqi düşüncəsinin bünövrəsini təşkil edən, Azərbaycan xalq musiqisinin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqat olduğunu bildirib.
Çıxış edənlər, dosentlər Şahidə Berdixanova, Bəxtiyar Ahurov və digər tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış bu monumental irsin, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək ona ümumbəşəri dəyər qazandırdığını, Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfə olduğunu vurğulayıblar.
Qeyd edək ki, sözügedən nəşrin özbək dilinə tərcüməsi Özbəkistan Dövlət Konservatoriyasının “Orkestr dirijorluğu” kafedrasının baş müəllimi Əbdüməcit Karabayev tərəfindən həyata keçirilib.
Tədbirin bədii hissəsində özbək və Azərbaycan mahnıları səsləndirilib.






- 10:45 Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
- 10:09 18 Sentyabr – Milli Musiqi Günündə Üzeyir musiqisi bütün bölgələrdə səslənəcək!
- 09:30 Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib
- 09:27 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalının Proqramı
- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 14:21 Dövlət Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivalın qalibi olub
- 12:06 “Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
- 10:42 "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
- 09:41 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 09:22 Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
- 09:16 Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
- 14:33 Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
- 11:08 Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
- 09:23 Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb
- 09:19 Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib
- 15:53 Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb
- 10:07 Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb
- 10:02 ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub
- 09:17 İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
- 16:43 Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında onlayn görüş keçirilib
- 16:07 Xalq yazıçısı Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub
- 12:36 “Zamansız və məkansız” sərgisinin açılışı
- 11:24 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilib
- 09:25 Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir
- 09:22 "Köhnə Bakı açıqcalarda" sərgisi açılıb
- 16:03 Bursada “Azərbaycan günləri” keçiriləcək
- 14:43 “Zəfər salnaməmiz” adlı tədbir keçirilib
- 12:37 Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır
- 10:53 Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat müddəti uzadılıb
- 09:17 Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək
- 17:32 Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq
- 14:51 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçiriləcək
- 14:33 Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub
- 12:28 Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
- 09:35 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında iştirak edir
- 09:27 Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb
- 16:59 Yeni qısametrajlı melodram – “Şarlotta”
- 11:03 Bu gün görkəmli tarzən Sadıqcanın doğum günüdür
- 11:00 R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin növbəti uğuru
- 09:23 Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub
- 09:19 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib
- 09:17 İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaqlar
- 09:49 Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib
- 12:19 “Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsüm Teymur Kazımovun solo konserti ilə açılıb
- 10:48 Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək