XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş olub
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2025 17:11

Sentyabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyası (NEAC) Beynəlxalq əlaqələr departamentinin baş direktoru Vey Quosyunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Çin mədəni əlaqələri haqqında söz açıb.

Vey Quosyunq Çinin etnik-mədəni müxtəlifliyi və bu sahədə dövlət tənzimlənməsi barədə məlumat verib.

Söhbət zamanı iki ölkə arasında mədəni əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Baxış sayı: 31