
Mayın 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş Respublika festivalına yekun vurulub.
Festivalda Azərbaycanın 16 şəhər və rayonlarından 160-a qədər gənc musiqişi iştirak etmişdir. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ediblər.
Hazırki tədbirin həyata keçirilməsində direktor və festivalın bədii rəhbəri professor Tərlan Seyidov başda olmaqla BMA-nın məktəb-studiyasının kollektivi böyük iş aparıb. Öncədən BMA-nın və Mədəniyyət Nazirliyinin saytlarına Soltan və İsmayıl Hacıbəyovların notları yerləşdirilib. Festivalda iştirak edən musiqiçilər BMA-nın və məktəb-studiyanın aparıcı müəllimlərindən məsləhətlər alıblar. Dəqiq təşkilatçılıq və lazımi professional kömək sayəsində festival iştirakçıları Soltan və İsmayıl Hacıbəyovların nadir və çoxdan ifa olunmayan əsərlərini ifa ediblər.
BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb.
Birinci yaş qrupunda:
fortepiano
Fatimə Abasova (Ceyranbatan, Uşaq İncəsənət Məktəbi),
Fatimə Hüseyinzadə (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),
Davud Ağalar (Bakı, BMA-nın məktəb-studiyası),
Seyran Haşımzadə (Sumqayıt, S.Rüstəmov adına 3 №-li Uşaq İncəsənət Məktəbi),
Polina Parxomenko (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),
Leyla Əsgərli (Göyçay, A.Məmmədov adına Uşaq Musiqi Məktəbi),
Solmaz Əliyeva (Bakı, 3№-li Uşaq İncəsənət Məktəbi)
və vokal
Aslan Carçılı (Bakı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi).
İkinci yaş qrupunda:
fortepiano
Nərmin Hüseynli (Sumqayıt, Musiqi Kolleci),
İskəndər Muradov (Sumqayıt, Musiqi Kolleci),
İlqar Bədəlli (Gəncə, Musiqi Kolleci).
Üçüncü yaş qrupunda:
fortepiano
Nəriman Məsimov (Sumqayıt, Musiqi Kolleci)
və vokal
Safura Aslanova (Bakı Musiqi Akademiyası).
İştirakçılardan 39 nəfəri diplomant adını qazanıb.
Festivalın yekununda təbrik nitqi ilə BMA-nın Birinci prorektoru, professor Nərminə Quliyeva və Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova çıxış ediblər.
Daha sonra məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası təqdim olunub (rejissor Elvin Mirzəyev, xormeyster Ofeliya Axundova, konsertmeyster Firuzə Nəcəfli, solo fleyta Rəşad Abdullayev, nağara Fikrət Rəhimov). Bir neçə il əvvəl bu operanın klaviri BMA-nın məktəb-studiyası tərəfindən bərpa olunub nəşr edilib. Parlaq və rəngarəng tamaşa, solistlər və xorun uca səsləri, maraqlı rəqslər, gənc aktyorların əlvan geyimləri tamaşaçılar tərəfindən coşqulu alqışlarla qarşılanıb.
Festivalı tamamlayan uşaq operası, görkəmli musiqiçilər – Nərminə Quliyeva, Xuraman Qasımova, Nəzakət Rimazi, Tərlan Seyidov, Elnarə Məmmədova, Nərgiz Mansurova, Ayşə Əliyeva, Ülviyyə Hacıbəyova – tərəfindən mükafatlandırılan laureat və diplomantlar, 13 gənc laureatın çıxışları maraqlı festivalın layiqli yekunu olub.
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb
- 14:11 "Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 12:14 “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
- 09:40 “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub
- 09:37 34 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:27 BDU-nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub
- 09:24 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib
- 09:21 “Cıdır düzü” kitabının təqdimatı keçirilib
- 17:21 Yubilyar haqqında maraqlı kitab
- 15:37 Mədəniyyət naziri Adil Kərimli Göygöl rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 15:32 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
- 14:22 Narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib
- 12:41 Azərbaycan musiqisinin gənc siması dünya səhnəsində
- 11:29 Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb
- 11:12 “Üzeyir bəyin kiçik qonaqları” adlı konsert proqramı keçirilib
- 10:17 Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur
- 09:41 “Opera günləri” layihəsi çərçivəsində opera forumu keçirilib
- 09:13 Dirijor Fəxrəddin Kərimovun yubiley konserti keçiriləcək
- 17:41 “Heydər Əliyev irsinin təbliği” adlı elmi seminar keçiriləcək
- 17:19 “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
- 17:08 10 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 15:12 4 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 14:57 "Bəşəriyyətin bəlası-Narkomaniya"adlı tədbir keçirilib
- 14:25 Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb
- 14:23 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanının təqdimatı keçiriləcək
- 12:43 “The Ashgabat Times”: Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir
- 11:37 Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb
- 10:28 Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 112 ili tamam olur
- 09:30 Türkiyədə Azərbaycan xoreoqrafının tamaşası keçirilib
- 09:27 Türkiyənin Millət Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunub
- 09:23 Azərbaycanlı ifaçı Sankt-Peterburqda festivalda çıxış edib
- 17:31 “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunun qalibləri təşəkkürnamələr ilə təltif olunublar
- 16:46 “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür
- 16:00 Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 14:11 Alim Qasımov və Rain Sultanov Osloda festivalda çıxış ediblər
- 13:36 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti keçirib
- 12:14 Bu gün Əməkdar elm xadimi Məmməd Arif Dadaşzadənin anadan olmasının 121 ili tamam olur
- 09:54 Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib
- 09:19 Kuklaçılar “DEMMENİFEST - 2025”də iştirak edəcəklər