XƏBƏRLƏR
MƏLUMAT
“Qubadlının azad edilməsi hərbi uğurlardan biridir” adlı mühazirə təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2024 16:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 25 oktyabr - Qubadlı Şəhəri Gününə həsr olunmuş mühazirə təqdim edilib.

İlk öncə tədbirdə iştirak edən Yasamal rayon 53 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Mərkəzin muzey bölməsi ilə tanış olublar. Məktəblilərə Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin gənclər üçün vətənpərvərlik məktəbi olan zəngin siyasi irsi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlar və kitablar haqqında ətraflı məlumat verilib.

Sonra “Qubadlının azad edilməsi hərbi uğurlardan biridir” adlı mühazirə dinlənib və videoçarx təqdim olunub.

Baxış sayı: 56