XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2024 14:56

19-20 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 125  illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin dahada səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.

Festivalda 20 xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan Mədəniyyət Sarayında baş tutub.

Nümayiş olunan tamaşalar münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli, Bəhram Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu kriteriyaları üzrə dəyərləndirilərək qiymətləndirilib.

Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi oktyabrın 26-da Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

Baxış sayı: 29