XƏBƏRLƏR
MƏLUMAT
“Səriyyə” filminin nümayiş tarixi məlum olub
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2024 16:40

Aktyor, rejissor və ssenarist Əlixan Rəcəbovun “Səriyyə” filminin premyerası noyabrın 29-da reallaşacaq.

AZƏRTAC xəbər verir ki, filmdə rolları Xalq artisti Şamil Süleymanlı, aktyorlar Nazı Heydərova, Əlixan Rəcəbov, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın və Cəmil Əhmədov canlandırıblar.

Yeni ekran işi 14 yaşlı qızın ailəsi ilə təhsil uğrunda mübarizəsindən bəhs edir.

Satirik komediya janrında çəkilən filmin büdcəsi 157 min manat təşkil edib.

Baxış sayı: 35