XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 103 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/10/2024 09:23

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də anadan olub. O, Bakı Rəssamlıq Məktəbinin dekorasiya şöbəsində 3 il təhsil alıb və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb. Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib. Bu xalı Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. O, bir müddət sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalılar da yaradıb. Kamil Əliyevin Atatürkə həsr etdiyi portret-xalısı ən böyük sənət uğurlarından sayılır. Portret təsvirli xalılar, adətən, “Türkbaf” ilməsi ilə toxunur. Öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış portreti də belə əsərlərdəndir.

Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilib. Kamil Əliyev 2005-ci ildə vəfat edib.

Baxış sayı: 19