Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Milli Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI-XIII əsrlərin hərb sənəti” adlı kitabının təqdimatı olacaq.
Bu nəşr Azərbaycan tarixi üçün əhəmiyyətli və az tədqiq olunmuş hərbi məsələləri işıqlandırır. Bu mövzular geniş ictimaiyyətə ilk dəfə təqdim ediləcək.
Qeyd edək ki, Yusif Ağayev Azərbaycanın orta əsrlərə aid hərb tarixi sahəsində bir çox kitab və elmi məqalələri ilə tanınır. O, yeni əsərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur poemaları hərb tarixinin araşdırmaları kontekstində mənbə kimi istifadə edilib.
Müəllifin fikrincə, şairin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və xüsusilə “İsgəndərnamə” əsərləri təkcə orta əsr Azərbaycanının deyil, həm də müsəlman Şərqinin və Türk dünyasının hərb sənətinin naməlum və ya az tanınan aspektlərini öyrənmək baxımından əvəzsiz mənbədir.
Yusif Ağayevin gəldiyi nəticəyə görə, Nizami Gəncəvinin əsərləri sadəcə yüksək bədii-ədəbi əsərlər deyil, həm də o dövrün hərb sənətini hərtərəfli tədqiq etməyə imkan verən zəngin tarixi məxəzdir. Müəllif vurğulayır ki, Nizami Gəncəvinin hərb sənətini dəqiqliklə təsvir etməsi onun mövzulara realist yanaşması ilə bağlıdır.
Kitaba əlavə edilən illüstrasiyalar da bu məqamları daha da aydın görməyə imkan yaradır.
- 12:25 Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək
- 11:59 “Ərtоğrul Cavid - 105” və “Professor Alxan Bayramoğlu - 70” adlı kitab sərgiləri açılıb
- 11:25 Ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar tədbir keçirilib
- 09:25 “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi keçirilir
- 09:23 Bu gün Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 103 ili tamam olur
- 17:12 Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunub
- 16:44 Beynəlxalq Muğam Mərkəzində gənc rəssamın fərdi yaradıcılıq sərgisi açılıb
- 16:41 “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunub
- 16:40 “Səriyyə” filminin nümayiş tarixi məlum olub
- 15:56 Yazıçı Hacı Qəni Camalzadənin yaradıcılığına həsr olunan tədbir keçirilib
- 15:51 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:56 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 14:11 Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən Azərbaycan dilində çap olunub
- 12:02 Bakıda “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılacaq
- 10:15 Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub
- 09:24 Azərbaycan Almatıda keçiriləcək beynəlxalq festivalda təmsil olunacaq
- 09:21 “Sarı gəlinin sorağında” filmi beynəlxalq festivalın xüsusi mükafatına layiq görülüb
- 09:17 Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92 ili tamam olur
- 09:15 “Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
- 17:11 Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur
- 16:48 “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adı mühazirə keçirilib
- 15:45 Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
- 15:38 “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib
- 14:34 “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilib
- 14:27 İstanbulda Azərbaycan milli geyimləri və xalçaları nümayiş etdirilib
- 12:47 Kitabxanada ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib
- 11:44 Baş İdarə konsert proqramı təqdim edib
- 10:47 Nizami Kino Mərkəzində gənc rejissorların filmləri nümayiş olunacaq
- 10:35 Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 10:16 XIX Bakı Caz Festivalı braziliyalı basçı Munir Hossnun parlaq konserti ilə açılıb
- 09:32 Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
- 09:22 Füzulidə geniş konsert proqramı təqdim olunub
- 09:18 "Şəhər günü"ndə Füzulidə "Ayı balası” uşaq tamaşası nümayiş olunub
- 09:09 Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür
- 17:12 Füzulidə növbəti “Şəhər günü” keçirilir
- 16:48 Cəfər Cabbarlı mükafatının təqdimatı olub
- 16:37 Yazıçı, publisist Aqşin Yenisey ilə görüş keçirilib
- 15:52 Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı başlayır
- 15:05 Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
- 14:29 Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib
- 11:53 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib
- 10:47 Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb
- 10:06 Bu gün Füzuli Şəhəri Günüdür
- 09:38 İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub
- 09:20 Dövlət Film Fondunda Xalq artisti Rza Təhmasibin xatirəsi anılıb
- 09:15 Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
- 17:28 ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib
- 16:48 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:01 İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub
- 14:13 Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür
- 13:09 Fəlsəfə doktoru Cavanşir Feyziyevin “Üşüyən küçələr” adlı kitab haqqında rəyi oxuculara təqdim edilib
- 12:08 Milli Xalça Muzeyində “Tikmə sənəti” mövzusunda beynəlxalq konfrans işinə başlayıb
- 11:20 “15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib
- 11:14 Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub
- 11:00 Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür
- 10:54 “Böyük Yolun Müzəffər Davamçısı” mövzusunda dəyirmi masa təşkil olunub
- 10:10 Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:01 Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
- 09:54 Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 09:50 Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib