XƏBƏRLƏR
MƏLUMAT
“Tarixi və mədəni irsin mühafizəsində ekoloji mühitin qorunması” adlı treninq keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2024 12:17

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –“COP29”-un ölkəmizdə təşkili ilə əlaqədar, eləcədə 2024-cü il “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə birgə İdarənin tabeliyində olan Heydər Əliyev Mərkəzlərinin və muzeylərin baş fond mühafizəçiləri və elmi işçilər üçün “Tarixi və mədəni irsin mühafizəsində ekoloji mühitin qorunması” adlı treninq keçirilib.

Treninq 21 və 22 oktyabr tarixlərində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, oktyabrın 23-də isə Nəriman Nərimanovun xatirə muzeyində baş tutub.

Treninqdə “Ekoloji dəyişiklərin muzey mühitinə təsiri”, “Muzey uçot sənədlərinin normativ tərtibatı”, “Müasir muzeylərdə ekoloji problemlərin araşdırılması”, “Keramika nümunələrinin mühafizə probləmləri” və digər mövzularda müzakirələr aparılıb.

Baxış sayı: 34