XƏBƏRLƏR
MƏLUMAT
Tbilisidə Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2024 09:19

Tbilisi Konservatoriyasının konsert zalında Tbilisi Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Tbilisi şəhər Bələdiyyə Məclisinin təşkilatçılığı ilə keçirilən Festivalda müxtəlif mədəniyyətləri təmsil edən xor və orkestrlərlə yanaşı, Gürcüstandakı soydaşlarımızdan ibarət “Meydan” Aşıqlar Qrupu da təmsil olunub.

“Meydan” Aşıqlar Qrupu tamaşaçılar qarşısında aşıq sənətinin nümunələrini ifa edib.

Festivalın sonunda təltifetmə mərasimi olub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirin təşkilinə görə Tbilisi şəhər Bələdiyyə Məclisinə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Gürcüstanın çoxkonfessiyalı və müxtəlif mədəniyyətlərə ev sahibliyi edən ölkə olaraq tədbir iştirakçılarına mədəniyyətlərinin yaşadılması və tərənnümü ilə əlaqədar yaradılmış şərait məmnunluqla qarşılanıb.

Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsindəki əməkdaşlıq münasibətlərindən bəhs edən F.Quliyev, tədbir iştirakçılarına müvafiq sahə üzrə həyata keçirilmiş birgə layihə və təşəbbüslər barədə məlumat verib.

Daha sonra F.Quliyev festivalın mükafatını “Meydan” Aşıqlar Qrupunun rəhbəri, tanınmış saz ifaçısı Nargilə Mehdiyevaya təqdim edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 31