XƏBƏRLƏR
MƏLUMAT
Musiqişünas-alimin 70 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2024 14:17

Musiqişünas-alim Fəttah Xalıqzadənin yaradıcılığı Azərbaycan musiqişünaslıq elminin mühüm bir qolunu təşkil edir. Çünki o, əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan etnomusiqişünaslıq istiqamətində çox dəyərli tədqiqatlar aparıb. Odur ki, alimin musiqi mədəniyyətimizə bəxş etdiyi bir çox töhfələr var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Bəstəkarlar İttifaqında Fəttah Xalıqzadənin 70 illik yubileyinə həsr olunan elmi-praktik konfransda səslənib.

Konfransda Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə tanınmış alimin yaradıcılığından danışaraq onun fəaliyyətinin musiqi elmi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə “Fəttah Xaliqzadənin elmi yaradıcılığına bir nəzər”, “Fəttah Xalıqzadənin pedaqoji fəaliyyəti”, “Fəttah Xalıqzadədən etdiyim iqtibaslarım” və “Fəttah Xalıqzadənin “Üzeyir Hacıbəyli və xalq musiqisi” kitabı etnomusiqişünaslıq elminə bir töhfədir” mövzularında məruzələr dinlənilib.

Bədii hissədə isə Niyazinin “Arzu” romansı və Əməkdar artist Emil Əfrasiyabın ifasında Üzeyir Hacıbəylinin musiqi əsəri səslənib.

Baxış sayı: 36