
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ildə keçirilmiş film layihələri müsabiqəsinin qalibi olan “Nargin” filminin çəkilişləri davam edir.
AZƏRTAC xəbər verir ki, ARKA-nın dəstəyi ilə “Karvan production” tərəfindən lentə alınan bədii-sənədli filmin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadədir.
Filmin ssenarisinə görə, hadisələr fotostudiyada başlayır. Fotoqraf Sona xanım Hacıyevanın fotosunu çəkməyə hazırlaşır və bu vaxt küçədə səs-küy düşür. Sona xanım fotonun çəkilməsini gözləmədən küçəyə çıxır. Bu zaman fotoqraf aparatı işə salır və tüstü ətrafı bürüyür. Kompozisiyada isə boş kətil görünür. Sona xanım həyəcanla limana doğru aparılan türk əsirləri izləyir.
Bu real hadisələr “Nargin” bədii-sənədli filminin süjet xəttini təşkil edir.
Birinci Dünya müharibəsi (1914-1918) zamanı Türkiyənin (Osmanlı) Sarıqamış bölgəsində rus ordusuna əsir düşən 10 min türk hərbçisi Xəzərdəki Nargin adasına yerləşdirilir. Onların bu adadakı faciəvi həyatı azərbaycanlıları narahat edir. Türk əsirlərin Nargin adasından sistemli şəkildə qaçmasına yardımçı olanlardan biri də Sona xanım Hacıyevadır. Sona xanım Bakıda yaşayan neft milyonçusu İsrafil Hacıyevin həyat yoldaşı, həmçinin “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin qadın fraksiyasının rəhbəri olub. O, fədakarlıq göstərərək şəxsi vəsaiti hesabına əsirlərə tibbi və ərzaq yardımı göstərib, yüzlərlə əsirin, əsasən də yüksək rütbəli zabitlərin xilas edilməsinə nail olub. Ən əsası isə onların adadan qaçırılması əməliyyatlarında şəxsən iştirak edib. Buna görə istintaqa cəlb olunub. İstintaq zamanı rus və erməni müstəntiqlər Sona xanımın şəxsi arxivini məhv ediblər.
55 dəqiqəlik filmin ssenari müəllifi Xəyyam Abdullazadə, operatoru Aleksey Malinkoviç, rəssamı Vüsal Rəhim, qrim rəssamı Adilə Alıyeva, prodüseri Elməddin Alıyevdir. Əsas rollarda Günel İmanova, Sənan Əlləz, Aygün Fətullayeva və digər aktyorlar çəkilirlər.
Çəkilişləri Bakıda, Nargin adasında və ümumiyyətlə, Abşeron yarımadasında həyata keçirilən filmin ilin sonuna qədər hazır olması planlaşdırılır. “Nargin” 2025-ci ildə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.


- 16:35 "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
- 16:31 Bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ili tamam olur
- 15:49 Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
- 14:51 “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib