XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Əminə Yusifqızının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 09:52

Bədii qiraət ustası Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Azərbaycan Milli Dram Teatrında (1964-1974), 1974-cü ildən “Azərbaycan film “kinostudyasında çalışıb.

Əminə Yusifqızı "Azərbaycan film" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

Əminə Yusifqızı M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu  bitirib(1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olub.

O, ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernand Şou) və s. obrazları məharətlə canlandırıb.

Aktrisa “Azərbaycan SSR Əməkdar artisti” (1 dekabr 1982), “Azərbaycan SSR Xalq artisti” (22 may 1998) fəxri adlarına, Cəfər Cabbarlı mükafatı (2010) və "Şöhrət" ordeninə (14 sentyabr 2016) layiq görülüb.

Baxış sayı: 35