XƏBƏRLƏR
MƏLUMAT
Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 09:10

Estoniya paytaxtında Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü böyük uğurla keçirilib. Tədbir rəssam Rövşən Quliyevin təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” Evində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bayramın təşkilində İnteqrasiya Fondu, Mədəniyyət və İdman İdarəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi iştirak edib.

Gecənin xüsusi qonağı Tallin tamaşaçıları üçün ənənəvi Azərbaycan aləti olan sazda melodiyalar ifa etmək üçün Bakıdan gəlmiş Mübariz Əliyev olub. Tədbirdə, həmçinin qarmonda folklor əsərləri ifa edən musiqiçi Elnur İmanov və “Grace” rəqs qrupu çıxış ediblər. Eston milli rəqslərini ifa edən, bununla da iki xalqın dostluğunu və mədəni müxtəlifliyini nümayiş etdirən Estoniyanın “Leesikad” qrupunun çıxışı gecəyə xüsusi ovqat qatıb.

Tədbiri çoxlu sayda tamaşaçı ziyarət edib. Fəxri qonaqlar arasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətləri və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə, həmçinin Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib ki, bu da bayrama beynəlxalq xarakter verib.

Təşkilatçılar bütün iştirakçıları Azərbaycanın milli yeməkləri və şirniyyatlar, nar şirəsi və şəraba qonaq ediblər.

 

Baxış sayı: 37