XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyində akademik Nizami Cəfərovun 65 illiyi qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2024 09:32

Sentyabrın 21-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Atatürk Mərkəzinin direktoru, Vl çağırış Milli Məclisin üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan yazıçılar Birliyinin üzvü, akademik Nizami Cəfərovun 65 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində akademiklə ilə görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli Nizami Cəfərovun yaradıcılıq yolundan danışıb, onun Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı töhfələr verdiyini bildirib.

Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifi Nizami Cəfərovun bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib.

Görüş zamanı akademikə Mədəniyyət Nazirliyinin fəxri diplomu təqdim olunub.

Nizami Cəfərov fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dərin təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 623