Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyətinin dost ölkədə növbəti təntənəsinə çevriləcək. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Astanaya səfər ediblər. Mədəniyyət günlərinin proqramına uyğun olaraq, sentyabrın 24-də saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” ədəbi-poetik məclisi keçiriləcək.
Həmin gün saat 20:00-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etno-caz konserti təqdim olunacaq. Mədəniyyət günləri 25 sentyabr tarixində də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 11:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə adıçəkilən kitabxana arasında əməkdaşlığa dair memorandum imzalanacaq və kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olacaq. Saat 12:00-da həmin məkanda Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabının təqdimatı keçiriləcək.
Həmin gün saat 17:30-da Astananın Mira və Soglasia Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunacaq. Axşam saat 19:00-da isə həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək. Sentyabrın 26-da saat 11:00-da Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında mühazirələri təşkil olunacaq.
Axşam saat 19:00-da isə K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək. Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz iz qoyacaq.
- 17:27 Görkəmli bəstəkar Firəngiz Əlizadə növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib
- 16:02 “COP29 nədir?” adlı tədbir keçirilib
- 15:39 Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
- 14:54 Vyanada beynəlxalq festivalın açılışında COP29-a həsr olunmuş panel müzakirəsi təşkil edilib
- 14:48 “Vikipediya”da Türk dilində “Xarıbülbül” festivalı haqqında bölmə istifadəyə verilib
- 11:45 “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
- 11:06 “Sazın, sözü kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirilib
- 09:52 Bu gün Xalq artisti Əminə Yusifqızının doğum günüdür
- 09:39 Bu gün Xalq rəssamı Fuad Salayevin doğum günüdür
- 09:36 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:26 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakı Kitab Mərkəzində görkəmli pianoçu Elmira Səfərovanın xatirəsi anılıb
- 09:13 Türkiyənin tarixi kitabxanasında Azərbaycan nəşrləri yerləşdiriləcək
- 09:10 Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib
- 17:12 Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
- 17:04 Almaniyada Füzulinin 530 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb
- 16:42 Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayır
- 15:59 Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb
- 15:55 “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub
- 15:34 Yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” adlı kitabının təqdimatı keçirilib
- 14:39 Azərbaycanlı dirijor Moskva Dövlət Filarmoniyasının səhnəsində çıxış edib
- 12:06 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:41 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
- 11:28 Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim edilib
- 10:58 Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür
- 10:29 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
- 09:47 Bu gün Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür
- 09:32 Azərbaycanlılar Astanada keçirilən Milli Mədəniyyətlər Festivalında iştirak ediblər
- 09:25 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
- 19:35 Tanınmış rəqqasə Fatimə Fətəliyeva ilə görüş təşkil olunub
- 17:52 Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
- 17:48 “Əsrin müqaviləsi – 30” adlı videoçarx hazırlanıb
- 17:46 Kitabxanaya "Suverenlik dövlətimizin əsas atributlarından biridir" adlı məqalə təqdim edilib
- 17:11 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:12 “Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq
- 14:47 Film Fondunun muzeyinə qiymətli eksponat bağışlanıb
- 14:29 Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 14:25 Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb
- 14:22 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninqlər başa çatıb
- 14:15 Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib
- 14:10 “Sarı gəlinin sorağında” filmi IX Türk Dünyası Sənədli Film Festivalında
- 12:32 IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
- 11:02 Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb
- 10:39 Kitabxanada akademik Nizami Cəfərovun 65 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 09:56 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 09:48 Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edilib
- 09:43 Almaniyada rəsm sərgisində azərbaycanlı rəssamların əsərləri də yer alıb
- 09:39 Bu gün Azərbaycan Respublikasında ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd edilir
- 09:19 Muğam Mərkəzində “Ros Unicus” dueti konsert proqramı ilə çıxış edib
- 09:15 Bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq gecəsi keçirilib
- 09:11 Bakı Kitab Mərkəzində “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına start verilib
- 09:08 Bakıda Aleksandrinski Teatrının “Böyük qastrolları”na start verilib
- 17:25 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:04 MEMİM “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edib
- 16:03 “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub
- 14:19 Bakıda Kəlağayı festivalı keçiriləcək
- 12:40 “Təbiətə valeh olanlar” beynəlxalq layihəsi uğurla davam edir
- 12:23 Gənclər Kitabxanasında antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:38 Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anım günüdür
- 10:30 Milli Musiqi Günü ilə əlaqədar dəyirmi masa keçirilib