Milli Kitabxanada ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən sosial bəla haqqında nəşr ediliş ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən və ən ciddi sosial bəlalardan biridir.
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır və müxtəlif tədbirlər təşkil edilir.
Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib və bu istiqamətdə xeyli işlər görülüb. 2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar sözügedən məsələlərlə əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirməklə, bununla əlaqədar mövcud ictimai münasibətlərin hüquqi tənzimlənmə mexanizminin səmərəliliyini artırıb və beləliklə əvvəlki dövrlərdə təcrübədə yaranmış problemlər birdəfəlik həllini tapıb.
- 16:57 Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
- 16:19 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
- 15:50 Yasamal rayon Heydər Əliyev Mərkəzi Anım Günü ilə əlaqədar tədbir keçirib
- 15:43 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
- 11:16 Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 11:14 Türkiyədə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olunub
- 10:58 Gənclər Kitabxanasında Anım Günü münasibətilə ənənəvi və virtual kitab sərgisi təşkil edilib
- 10:07 27 sentyabr-Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 10:02 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:31 27 sentyabr - Anım Günüdür
- 09:23 Tbilisidə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Komando” tamaşası nümayiş etdirilib
- 09:19 Dövlət Teatr Muzeyində tədbir – “Bir ölüb, min dirilən oğulların var, Vətən”
- 16:37 Beynəlxalq bestsellerlər müəllifi Vulf Dorn Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
- 16:29 “Qarabağ naxışları” Bakıdakı Rus evini bəzəyib
- 16:03 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhid Əmir Kazımovun ev-muzeyi ziyarət edilib
- 15:05 Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
- 14:44 Gənclər Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş kitabların təqdimatı olub
- 12:07 “Mədəniyyətimizin incisi-Şuşa” layihəsi uğurla davam edir
- 10:49 Ankarada Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert keçirilib
- 09:59 Bu gün Azərbaycan klassik vokal məktəbinin banisi Bülbülün anım günüdür
- 09:54 Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
- 09:33
- 09:24 IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qaliblərinin adı açıqlanıb
- 09:20 Muzey Mərkəzi “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” sərgisini təqdim edir
- 09:17 Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub
- 09:13 Milli Xalça Muzeyində “Qənirə Paşayeva-İTHAF” bədii sərgisinin açılış mərasimi keçirilib
- 16:49 İstanbulda Türk dünyası mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi proqramı reallaşır
- 16:44 Astanada Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi bölmə istifadəyə verilib
- 16:32 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Tarixdə izi qalanlar” adlı tədbir keçirilib
- 16:10 Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
- 15:54 “Təbiətin insan həyatında rolu” adlı sərgi-söhbət keçirilib
- 14:17 Əməkdar artist Şövqi Hüseynov beynəlxalq festivalda mükafata layiq görülüb
- 14:15 “Nargin” filmi 2025-ci ildə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq
- 11:58 Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
- 11:55 “COP-29 nədir və onun əhəmiyyəti” başlıqlı tədbir keçirilib
- 10:28 “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri davam edir
- 09:32 Mədəniyyət Nazirliyində akademik Nizami Cəfərovun 65 illiyi qeyd edilib
- 09:28 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
- 09:18 “Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyaya qastrol səfərinə yollanacaq
- 09:15 Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
- 17:27 Görkəmli bəstəkar Firəngiz Əlizadə növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib
- 16:02 “COP29 nədir?” adlı tədbir keçirilib
- 15:39 Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
- 14:54 Vyanada beynəlxalq festivalın açılışında COP29-a həsr olunmuş panel müzakirəsi təşkil edilib
- 14:48 “Vikipediya”da Türk dilində “Xarıbülbül” festivalı haqqında bölmə istifadəyə verilib
- 11:45 “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
- 11:06 “Sazın, sözü kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirilib
- 09:52 Bu gün Xalq artisti Əminə Yusifqızının doğum günüdür
- 09:39 Bu gün Xalq rəssamı Fuad Salayevin doğum günüdür
- 09:36 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:26 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakı Kitab Mərkəzində görkəmli pianoçu Elmira Səfərovanın xatirəsi anılıb
- 09:13 Türkiyənin tarixi kitabxanasında Azərbaycan nəşrləri yerləşdiriləcək
- 09:10 Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib
- 17:12 Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
- 17:04 Almaniyada Füzulinin 530 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb
- 16:42 Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayır
- 15:59 Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb
- 15:55 “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub
- 15:34 Yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” adlı kitabının təqdimatı keçirilib