XƏBƏRLƏR
MƏLUMAT
L.və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi beynəlxalq müsbiqələrdə uğurla iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
17/03/2021 07:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi L.və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin simli və nəfəs alətləri şöbəsinin skripka ixtisası üzrə şagirdləri onlayn keçirilən beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər.

İsraildə keçirilən “Gates of HOPE” adlı İkinci Beynəlxalq musiqi virtual müsabiqəsində “Solo” nominasiya üzrə Aysu Məmmədli II yerə, Ramizə Məmmədli isə III yerə layiq görülüb. Müəllim Gülnarə Seyidova və konsertmeystr Vəfa Əliyeva “Təşəkkürnamə” ilə təltif olunub.

Azərbaycanda keçirilən “Ümid” Beynəlxalq Mədəniyyət və İncəsənət Müsabiqəsində İsmayıl İbrahimzadə I yerə, Aysu Məmmədli I yerə, Ramizə Məmmədli I yerə, Kənan Qələndərov I yerə, Maqsud Cəfərli II yerə layiq görülüblər.

Moskva şəhərində keçirilən Q.Qarayev adına Açıq İnternet Müsabiqəsində Kənan Qələndərov II yerə, Firəngiz Braneva III yerə layiq görülüb.

Qazaxıstanda keçirilən “Astana Grand Festival” Beynəlxalq İncəsənət Müsabiqəsində Firəngiz Braneva, İsmayıl İbrahimzadə, 7-ci sinif şagirdi Kənan Qələndərov “Qran- Pri” mükafatına layiq görülüblər. Müəllim Gülnarə Seyidovaya xüsusi təşəkkürnamə təqdim olunub.

Baxış sayı: 609