Əgər 100 fərqli insandan Parisi simvolizə edən bir şey haqqında soruşsanız onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və şəkli çəkilən bir abidəsidir.
Eyfel qülləsi 1889-cu ildə inşa edildikdən bu günə qədər 200 milyon insan tərəfindən ziyarət edilib. Bununla yanaşı Eyfel Qülləsi barədə bir çox maraqlı faktlar da mövcuddur:
Eyfel Qülləsinə nifrət edirdilər: İlk öncə onu qeyd edək ki, Eyfel Qülləsi inşa edilməyə də bilərdi. 1887-ci ildə fransız mühəndis Qustav Eyfel abidəni yaratmağı qərara alanda onun fikri tənqidlə qarşılanıb. O dövrün bir çox tanınmış mədəniyyət xadimləri hətta belə bir sənəd də imzalayıblar: “Bir neçə il ərzində biz şəhər üzərində mürəkkəb ləkəsinə bənzəyən dəmir sütun və vintlərin iyrənc kölgəsinə baxmalı olacayıq”. Bu qülləyə ən çox nifrət edənlərdən biri də Gi deMopassan idi və o hər zaman bu qüllədə yerləşən restoranda nahar edirdi. Buna səbəb isə Eyfel Qülləsinin şəhərin hər yerindən görünməsi idi və Mopassan tək burda oturub nahar etdikdə “iyrənc abidə”ni görmürdü.
Qüllə uzun müddət qalmalı deyildi: Eyfel Qülləsi 1889-cu ildə Fransa İnqilabının 100 illik yubileyi münasibəti ilə inşa edilib. Qüllə 1889-cu ilin Ümumdünya sərgisinə hazırlanmış nümunə idi və fransız mühəndisliyinin və texnologiyasının möhtəşəmliyini nümayiş etdirməli idi. Qüllənin 20 ildən sonra yox edilməsi planlaşdırılmışdı. Lakin Eyfel Qülləsinə o dövrdə də böyük maraq göstərilib və qüllə bu günə qədər mövcudluğunu qoruyub saxlaya bilib.
Hitler üçün aşılmaz maneə: İkinci Dünya Müharibəsi zamanı 1940-cı ildə Hitler Parisə daxil olmamışdan əvvəl fransızlar qüllənin liftini xarab ediblər və bu dövrdə müharibə səbəbindən onu təmir etmək mümkün deyildi. Bu səbəbdən də alman əsgərləri qüllənin ən yüksək hissəsinə çıxıb öz bayraqlarını asa bilməyiblər. İnsanlar arasında “Hitler Fransanı fəth etsə də, Eyfel Qülləsini fəth edə bilmədi” ifadəsi yaranıb.
Rəngli qala: Eyfel Qülləsini 3 fərqli rəng çaları ilə boyayırlar. Ən tünd çalar qüllənin təməl hissəsində, ən parlaq çalar isə qalanın ən hündür hissəsində istifadə olunub. Hər il qülləni korroziyadan qorumaq üçün 60 tonlarla boya istifadə olunur.
Həkk olunmuş adlar: Qustav Eyfel qüllənin inşasında iştirak edən 72 görkəmli fransız mühəndisinin, aliminin və riyaziyyatçısının adını həkk etdirib. 20-ci əsrin əvvəllərində bu adlar ixtisar edilsələr də, 1986–1987-ci illərdə Société Nouvelle d’exploitation de la Tour Eiffel şirkəti tərəfindən bərpa edilib.
Reklam üçün ən hündür məkan: 1925-ci ildən 1935-ci ilə qədər avtomobil şirkəti Citroen-in işıqlandırılmış nişanı qülləni 3-4 tərəfdən bəzəyirdi. Bu o dövrdə ən böyük reklam aksiyası olmaqla yanaşı, qüllə də dünyada reklam üçün ən yüksək məkan adını alıb.
Davamlı qüllə: Bu nəhəng qülləyə demək olar ki, külək heç bir zərər yetirmir. Hətta ən güclü küləkdə belə qüllənin ən uc hissəsi cəmi 15 sm əyilir. Qüllənin çox yüksək olması və fırtınalı küləklər səbəbindən tikinti zamanı tez-tez bədbəxt hadisələr baş verib.
İntihar üçün ən populyar məkanlardan biri: Eyfel Qülləsində baş verən intiharlar çox geniş yayılmış haldır. Dünyada baş verən intiharların ən yüksək göstəricisi Fransaya məxsusdur və burada 1000 adamdan 17,5-i özünə qəsd edir. 300 metrlik dəmir qüllədən özünü ataraq intihar etmək Fransada özünü zəhərləmək və asmaqdan sonra üçüncü yeri tutur.
Bir çox hallarda da bəziləri qüllədə özünü ataraq intihar etməyə cəhd edib, lakin buna nail ola bilməyib. Maraqlı bir hadisə də qüllədən özünü ataraq intihar etmək istəyən qadının başına gəlib. Belə ki, qadın intihar etmək məqsədilə özünü qüllədən ataraq aşağıda dayanan bir maşının üzərinə düşüb. Daha sonralar qadın bu maşının sahibi ilə ailə həyatı qurub.
İki dəfə satılmış qüllə: 1925-ci ildə fırıldaqçı Viktor Lyustiq iki dəfə məşhur qülləni dəmir yığını ilə məşğul olan adamlara satıb. O, iki fərqli insanı qüllənin maliyyələşdirilməsi fikrinə razı sala bilib. Lyustiq hətta müştərilərindən şəhərin ən nüfuzlu ticarət müsabiqəsində qalib gəlmələri üçün ona rüşvət vermələrini tələb edib. Pulları aldıqdan sonra fırıldaqçı yoxa çıxıb. Bir neçə il sonra o yenidən eyni fəndi işlətmək istəyib, amma bu dəfə uğursuzluqla nəticələnib.
Eyfel Qülləsinin surətləri: Eyfel Qülləsinin kiçik surətlərinə dünyanın bir çox yerində ABŞ, Las-Veqas, Çinin Quandun əyalətində Shenzhen şəhəri, Ruminiyanın Sloboziya şəhəri, Danimarka Kopenhagendə, Bolqarıstanda Varnada, Qazaxıstan Aktau şəhəri və s. yerlərdə görmək mümkündür.
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib