XƏBƏRLƏR
MƏLUMAT
Çöl ördəyindən hazırlanan “Döşəmə plov”
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2019 00:23

Lənkəranda mövsümə uyğun bir çox yeməklər bişirilir. Qışda isə ən çox sevilən və hətta bu mövsümün şahı sayılan ördəkdən hazırlanan “Döşəmə plov”dur. Lazım olan ərzaqlar

1kq düyü

1 yağlı ördək

3 nar

4 soğan

duz , istiot 

Düyü 2 saat qabaq ilıq suda isladılır.Təmizlənmiş ördəyin əvvəlcə dərisi tamam soyulur, sonra bu dəri də, ördəyin özü də balaca tikələrə bölünür. Nar dənələnir, balaca doğranmış soğanla qarışdırılır, hətta nar dənələrinin suyunu buraxması üçün əllə bərk sıxılır. Bu da duzlanıb, istiotlanır. Ördəyin əti hazırlanmış soğanla, nar dənələrilə qarışdırılır.

1,5 kq düyü tutan qazan götürülür. Əvvəlcə ördəyin dərisi, yağlı iç tərəfi olmaqla qazanın dibinə düzülür. Sonra bu dərinin üzərinə nar dənələri və soğanla qarışıq tikələnmiş ördək əti də yığılır və yavaşca isladılmış düyü əlavə edilir. Düyünün üzərinə çıxanadək su tökülür, azacıq duz əlavə edilir. Duz əlavə edərkən ətin də duzlu olduğunu nəzərə almaq lazımdır. Ağzı bağlanır, zəif odda qazın üzərinə qoyulur. Qaynamağa başlayanda düyünün altındakı qarışığın dadı və narın qırmızı rəngi, ördəyin dərisinin yağı qaynayaraq düyüyə kecir. Suyu azalanda kəfkirlə altdakı ətə dəymədən düyü astaca götürülüb üstdən alta olmaqla cevrilir. Birazda belə qaynadıqdan sonra suyu tamam çəkiləndə artıq dəmə qoyulur. Dəmdə də 1,5 saat qalır.

Dəm aldıqdan sonra soyuq suda islanmış parçanın üstünə qoyulur ki, qazmağı yaxşı çıxsın. Böyük qab götürülür. Əvvəlcə qazanın üstündəki düyü yavaşca ora tökülür, sonra ət də ayrıca qaba yığılır. Sonda isə qazanın dibindəki qıpqırmızı qızarmıış dəri kəfkirlə yığılır. Süfrəyə veriləndə düyü ilə dəri qazmağı qarışdırılıb üstünə də ördək əti qoyulur.

Qeyd edim ki, bu cox yağlı ördəkdən hazırlandığı üçün əlavə yağa ehtiyac olmur.

Soyuq qışda süfrəniz daim isti yeməklərlə dolu olsun.

Nuş olsun!

Baxış sayı: 69895