
Anar 1938-ci il martın 14-də Bakıda tanınmış Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar 1955-ci ildə hazırda Bülbülün adını daşıyan musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi, Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. Radioda çalışdığı vaxtda “Axşam görüşləri”, “Tərcümə saatı”, “Səslər muzeyi” kimi daimi verilişlərin əsasını qoyub.
1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirib. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İlk bədii yazıları olan “İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yazıb. Mətbu əsərləri isə 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində dərc olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələridir. “Bayram həsrətində” adlı ilk kitabı 1963-cü ildə Bakıda çapdan çıxıb.
Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib.
Bakıda Azərbaycan dilində yeddicildliyi, rus dilində beşcildliyi və dünyanın müxtəlif ölkələrində kitabları çap olunub.
“Ağ liman”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”,” Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşahın nağılı” adlı povest, roman və hekayələri, “Molla Nəsrəddin 66” satirik hekayələr silsiləsi qırxa yaxın dilə çevrilib.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş “Kərəm kimi” sənədli romanının, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş “Sizsiz” xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş “Həyatım ağrıyır” xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə “Mübarizə bu gün də var” kitablarının müəllifidir.
Azərbaycan, türk, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esse, memuar xarakterli yazıların müəllifidir. Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üçcildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” kitabı rus dilində nəşr olunub. Bakıda çap olunmuş ikicildlik “Min beş yüz ilin oğuz şeiri” və Ankarada nəşr edilmiş “Min ilin yüz şairi” antologiyalarının tərtibçisi, “Dədə Qorqud ensiklopediyası”nın təşəbbüskarı və “Ön söz” müəllifidir.
Anarın səkkiz pyesi - “Keçən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı”, quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” tamaşası, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur”, “Telefon gecələri” ölkəmizdə və dünyanın müxtəlif ölkələrinin teatrlarında səhnəyə qoyulub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun “Aldın payını, çağır dayını” musiqili komediyasının librettosu Anara məxsusdur.
Anar bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin -“Evləri köndələn yar”, “Nigarançılıq”, “Bu - Səttar Bəhlulzadədir”, “Bu - Cavaddır”, “Daş saatın səsi”, “Dədə Qorqud dünyası”, “Çinar ömrü” və s. ssenari müəllifidir. Anarın ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” tammetrajlı bədii filmlər çəkilib. “Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar və Gülbəniz Əzimzadə çəkib. Anar həm də hər biri iki seriyalı olan “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.
Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini cəlb edib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi çəkilib və həmin hekayə Türkiyədə də ekranlaşdırılıb. Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib. Moskvanın mərkəzi televiziyası “Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda “Keçən ilin son gecəsi” hekayəsini ekranlaşdıraraq nümayiş etdirib.
Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş “Anarla üz-üzə” və “Anarlı anlar” televiziya filmi çəkib. Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyiblər.
Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın yüksək ordenləri - “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.
- 09:52 “Sözün gücü, qələmin qüdrəti” adlı tədbir keçirilib
- 09:37 22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür
- 09:27 Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib
- 09:21 Britaniya Parlamentində Xocalı qurbanlarına və müharibədən zərər çəkən uşaqlara həsr olunmuş sərgi açılıb
- 17:03 Milli Mətbuatın 150 illiyi münasibətilə teatr sahəsində fərqlənən jurnalistlər mükafatlandırılıb
- 16:28 “Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
- 16:09 Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə
- 14:42 Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filmi “TRT 12 Punto” platformasının qalibi olub
- 14:40 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab çapa hazırlanır
- 12:11 “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron bazası istifadəçilərə təqdim edilib
- 11:26 “Mən qadınam” müsabiqəsinə ümumilikdə 96 ssenari təqdim olunub
- 09:38 Şuşa qazaxıstanlı jurnalistin gözü ilə
- 09:31 “Bulvarda kino axşamı" adlı yeni layihə başlayıb
- 15:03 ICESCO-nun regional ofisində ilk seminar keçirilib
- 12:21 Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropa oxucularına təqdim olunub
- 11:07 Bu gün Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür
- 09:26 UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb
- 14:14 Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib
- 11:59 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş olunacaq
- 11:29 Şəhid xatirəsinə ithaf edilən “Azad” romanı işıq üzü görüb
- 09:28 Vaqif Poeziya Günlərinin yolu Ağdamdan da keçdi
- 09:16 Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
- 16:46 Qaradağ rayon Heydər Əliyev Mərkəzində foto və kitab sərgisi açılıb
- 16:36 Bu gün Xalq artisti, Prezident mükafatçısı İlham Əsgərovun anadan olmasının 67-ci ili tamam olur
- 15:21 Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb