XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti, xanəndə Aygün Bayramovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2024 11:14

Aygün Əliqulu qızı Bayramova 13 avqust 1967-ci il anadan olub.

Aygün Bayramova Asəf Zeynallı adına Bakı musiqi texnikumunda Xalq artisti Şövkət Ələkbərovanın sinfində oxuyub. Daha sonra isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, ifa mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

Aygün Bayramova 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan Aygün Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi ləyaqətlə təmsil edərək, tamaşaçı məhəbbəti qazanıb.

Xanəndə 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2005-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Aygün Bayramova 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

Baxış sayı: 1081