![](https://az.baku-art.com/images/28.06.24/17195569045225421251_1200x630.jpg)
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Barat Şəkinskayanın yaradıcılığı çoxcəhətli idi. Sənətə gəldiyi ilk dövrlərdə Barat xanım uşaq, hətta oğlan rollarında da çıxış edib. Zadəgan nəslinin nümayəndəsi olması isə onun xarakterini qürur və sadəlik, ləyaqət və fədakarlıq kimi ecazkar xüsusiyyətlərlə rövnəqləndirmişdi. Barat xanımın həm zahirən, həm də daxilən füsunkar insan olduğunu onun bircə rolunu seyr edən adi tamaşaçı da sezə bilərdi.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli aktrisanın anadan olmasından 110 il ötür.
Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan 1920-ci il aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. 1937-ci il yanvarın 14-də milli teatr tariximizə “Azərbaycan səhnəsinin Cülyettası” kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı dövlət teatrının yaradıcı kollektivinə üzv olur və Bahar ("Bahar") və Hürü ("Məhəbbət") rollarının ifaçısı olur. 1944-cü il dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçir.
Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib. Daşkənddə keçirilən beynəlxalq kino festivalı günlərində iştirak edib. 1960-cı ildə Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo və Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.
“Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: “Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı”.
Xalq artisti Barat Şəkinskaya 1999-cu ilin yanvarın 14-də 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.
- 15:52 Kitabxanada gənc rəssamın sərgisi nümayiş olunub
- 15:46 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin hesabat konserti keçirilib
- 14:53 Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
- 12:08 Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 11:41 Baku Piano Festivalında Raymond Pauls haqqında film göstərilib
- 11:36 Bu gün görkəmli aktrisa Barat Şəkinskayanın anadan olmasından 110 il ötür
- 09:40 Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 09:18 Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 187 ili tamam olur
- 09:15 İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb
- 16:24 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan tədbir keçirilib
- 16:05 Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 16:03 Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 14:27 Dövlət Mahnı Teatrında Ələkbər Tağıyevin mahnılarından ibarət konsert təşkil olunub
- 11:46 Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir
- 10:24 “Müasir Azərbaycan Ordusunun qurucusu” adlı tədbir keçirilib
- 10:18 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
- 10:11 Kitabxananın 45 illik yubileyi ilə əlaqədar informasiya löhvəsi hazırlanıb
- 09:51 “Peter musiqi alətləri diyarında” adlı tamaşa təqdim edilib
- 09:34 Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
- 09:31 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:24 Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında
- 09:20 Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
- 16:44 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- 16:39 Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan sərgi təşkil olunub
- 15:29 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 15:26 “Azərbaycan ordusunun şanlı tarixi” adlı tədbir keçirilib
- 15:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 14:55 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
- 12:32 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub
- 12:29 Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
- 12:27 Milli Kitabxanada ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə sərgi açılıb
- 12:23 Malayziyada Şuşaya həsr olunmuş sərgi açılıb
- 12:13 Xalq artisti Həsən Seyidbəylinin vəfatından 44 il ötür
- 09:38 Mədəniyyət və incəsənətimiz radiodalğalarında – yeni layihələr
- 09:33 Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
- 09:27 Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub
- 09:23 Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb
- 09:20 Ölkəmizdə Rusiya Mədəniyyəti Günləri başlanır
- 09:09 “Sənətkarın dostu” layihəsi davam edir
- 16:21 Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba A Cultural Alphabet” kitabının təqdimatı keçirilib
- 14:45 Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
- 14:42 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir
- 14:23 Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək
- 14:11 Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
- 14:05 Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında
- 14:02 Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub
- 11:08 Gənclər Kitabxanasında Abbasqulu ağa Bakıxanovun 230 illiyi münasibətilə məlumat bazası hazırlanıb
- 11:05 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 Rusiyalı pianoçu Bakı Musiqi Akademiyasında ustad dərsi keçib
- 10:04 “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir
- 09:30 Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı olub
- 09:26 İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək
- 15:31 Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxıb
- 15:25 Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb
- 14:58 V “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı zəngindir
- 11:33 Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri özbək dilində nəşr edilib
- 11:28 Milli Kitabxanada “Abbasqulu ağa Bakıxanov – 230” adlı kitab sərgisi açılıb
- 11:25 Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür
- 10:27 Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
- 09:30 Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçirilib