XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan ordusunun şanlı tarixi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 15:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan ordusunun şanlı tarixi” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, Bakı Hərbi Kollecinin zabit və kursantları iştirak ediblər.

Öncə qonaqlara  Mərkəzin muzey bölməsində  Ulu Öndərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirin eksponatlar haqqında ətraflı məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışçılar qeyd ediblər ki, Ümummilli lider  Heydər Əliyevin  22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il Azərbaycan Silahlı Qüvvələri Gününü bayram əhval-ruhiyyəsində qeyd edilir.

Daha sonra  Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qoruyan Silahlı qüvvələrin bütün əməkdaşları təbrik edilib, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu olunub.

Sonda Azərbaycan ordusunun şanlı tarixindən bəhs edən film nümayiş olunub.

Baxış sayı: 218