XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 187 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2024 09:18

Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Göyçay qəzasında anadan olub. Orta təhsilini Şamaxı şəhərində başlayaraq Tiflisdə tamamlayıb.  Moskva Universitetinin təbiət-riyaziyyat fakültəsində təhsil alıb. 1875-ci ildə Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Bakı Şəhər Dumasında çalışıb.  Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub. Həsən bəy Zərdabi Azərbaycan tarixinə milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi daxil olub.  Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi 1907-ci ildə vəfat edib. Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutuna görkəmli maarifçinin adı verilib.

Baxış sayı: 81