XƏBƏRLƏR
MƏLUMAT
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/06/2024 16:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə Vətən Müharibəsi Qəhrəmanları, şəhid ailələri, qazilər, rəsmilər, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Müdafiə Universitetinin kursantları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.

Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri vətənpərvərlik mövzularında musiqi nömrələri ilə çıxış ediblər.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 207