XƏBƏRLƏR
MƏLUMAT
Baku Piano Festivalında Raymond Pauls haqqında film göstərilib
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2024 11:41

Üçüncü Bakı Piano Festivalı çərçivəsində “Landmark” otelində Raymond Pauls haqqında “Yaradıcılıq və düşüncələr” adlı film nümayiş etdirilib. Bu ekran əsəri Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib. Tədbirdə Vaqif Mustafazadənin iştirakı ilə nadir arxiv kadrları da göstərilib.

AZƏRTAC xəbər verir ki, kino eksperti Ülvi Mehdi tamaşaçılara Riqa kinostudiyasının istehsalı olan “Barxanlarda uzun yol” adlı məşhur film seriyasından Raymond Paulsun kino musiqisi haqqında uşaqlıqdan aldığı şəxsi təəssüratından danışıb. Bu musiqidə postsovet məkanının yaşlı nəsil caz musiqiçilərinə xas olan parlaq çalarlarla romantik leytmotivlər caz standartının nostalji improvizələrinə çevrilib.

Raymond Pauls SSRİ-nin ən məşhur pianoçu və bəstəkarlarından biri olub və həmin dövrün populyar musiqisinə böyük təsir göstərib. O, bir çox həmkarları, o cümlədən Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadə ilə ünsiyyətdə olub, onunla sıx peşəkar əlaqələr saxlayıb. Azərbaycan cazmeni 1978-ci ildə Riqada keçirilən “Yay ritmləri” festivalında iştirak edib.

Baxış sayı: 69