XƏBƏRLƏR
MƏLUMAT
Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2024 14:02

Üçüncü “BakuPianoFestival” çərçivəsində gəncistedadlı musiqiçiləriniştirakı ilə ikikonsert, həmçinin “ArtsCouncilAzerbaijan” tərəfindəntəşkilolunmuş uşaqrəsmlərininsərgisikeçirilib. Tədbir

“We are the Future” (“Gələcək bizik”) devizi altında təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Landmark Rotunda”da baş tutan ilk konsertdə Hüseyn Niftəliyev, Raniya Rzayeva, Ariya Əhmədova, Aylin Abdullayeva, Əbdürrəhman Rzayev, Qafar Həsənzadə, Duyğu Rəsul, Sevda Əmirli, Nurcan Cəfərova, Əminə Nəcəfli, Pərviz Bağırov, Ayan Əsgərova, Adnan Kərimli, Mədinə Paşayeva və Ahmed Nader Abdullah klassik musiqi nömrələri ilə çıxış ediblər.

İkinci konsert “Coffee” and “Jazz JAZZ CLUB”da olub və caza həsr olunub. Tədbirdə Mirəhəd Növrəsli, Hüseyn Kərimov, Məhəmməd Allahverdiyev, Amin Əliyev, Mirsəməd Növrəsli, Cavad Məmmədov, Mətin İbrahimli, Mədinə Paşayeva, Nəzrin İmanova, Ziya Əlişov Yusifli və İsmayıl Vəlizadə iştirak ediblər.

Festivalın art-direktoru Natəvan Növrəsli AZƏRTAC-ın müxbiri ilə söhbətində keçirilən tədbirdən danışıb və qeyd edib ki, təşkilatçıların məqsədi uşaqları ruhlandırmaq, onlar üçün xoşbəxtlik ab-havası yaratmaqdır.

Baxış sayı: 340