XƏBƏRLƏR
MƏLUMAT
Bu gün aktyor Sabir Sultanovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2022 01:19

Sabir Kərim oğlu Sultanov 22 iyul 1946-cı ildə anadan olub. 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilib. Burada işgüzarlığı və zəhməti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlib.

Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malik olub. Həm rus, həm də Azərbaycan bölmələrində müxtəlif tamaşalarda əsas rolların ifaçısı olub. Sabir Sultanov klassik və müasir bəstəkarların əsərlərində bir sıra özünəməxsus obrazlar yaradıb. Eduarda de Filipponun "Filumeno Marturano"da Alfredo, İmre Kalmanın "Tsiqan primyer"də Estraqon, İmre Kalmanın "Silva"da Ferri, Fras Leqarın "Şən dul qadın"da Kramon, Mixail Qluza, Qriqori Qriqori, Şalom-Aleyhemin "Pominalnaya molitva"da Stepan, Süleyman Ələsgərov, Salam Qədirzadənin "Həmişəxanım"da Azər, Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun"da İnteligent Həsən, Emin Sabitoğlu, Sabit Rəhmanın "Hicran"da Orxan, (ikinci quruluşda Mitoş) Aydın Əzimov, Vaqif Səmədoğlunun "Lotareya"da Nömrə Nadir, İmre Kalmanın "Mariça"da Penijek, Qara Qarayevin "Neistovıy qaskonets"də Qraf De Qış və bu kimi rəngarəng obrazlar yaradıb.

Aktyor eyni zamanda “İşarəni dənizdən gözləyin”, “Meyl”, “Gecə qatarında qətl”, “Yaşıl eynəkli adam-2”, “Nigarançılıq” bədii və televiziya filimlərində müxtəlif rollarda çəkilib.

Sabir Sultanov 2010-cu il yanvarın 13-də Bakı şəhərində vəfat edib.

Baxış sayı: 328