XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “Dənizə Doğru” adlı sərgi açılacaq
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2022 02:56

16-17 iyul tarixlərində dünyada ilk muzey-tankerdə “Dənizə Doğru” adlı rəssamların qrup sərgisi açılacaq.

Bakı buxtasının mənzərəli yerində dənizlə insanlar arasında ünsiyyət məkanı - “Suraxanı” tanker-muzeyi bu dəfə incəsənət həvəskarlarını “Dənizə Doğru” irəliləməyə dəvət edir. Sərgi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Chagh Art Platform-un birgə təşkilatçılığı ilə ərsəyə gəlib və iyulun 16-sı saat 18:00-da ziyarətçilər üçün açılacaq.

Tamaşaçılar burada Xəzəri tanınmış və gənc rəssamlar Eldar Qurbanovun, İntiqam Ağayevin, Rəfail Əliyevin, Vüqar Əlinin, Rəşad Cabbarovun, Mir Azər Abdullayevin, Anar Hüseynzadənin, Elşən Qaracanın, Leyla Altunayın, Milena Nəbiyevanın, Elçin Hüseynin, Məmməd Rəşidovun, Günel Ravilovanın, Abbas Məmmədovun, Diana Əliyevanın, Səbinə Səfərovanın, Aqil Haşımovun, Rəşad Rzayevin, Sahib Yaqubovun və başqalarının təxəyyülünün məhsulu olan “marina” janrında (dəniz mənzərəsi) işlənmiş tablolarında seyr edəcəklər.

Sərginin əsas mövzusu – küləklərin cövlan etdiyi, günəş şüalarının bərq vurduğu, neftin çıxdığı, insanların dincəldiyi, həyatın qaynadığı mavi gözlü Xəzərdir.

Material Trend Life-n məlumatı əsasında hazırlanıb.

Baxış sayı: 161