
BMT 1981-ci il sentyabr ayının 21-i tarixinin dünyanın 192 ölkəsinin səs çoxluğu ilə “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.
21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır.
1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaradıb. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.
BMT-nin 60 illik yubileyinə həsr olunmuş “Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. Bu yüksək və ali mükafata dünyanın tanınmış simalarından olan Roma papası XVI Benedikt, Dalay Lama, Nobel mükafatları laureatları Desmond Tutu və Lex Valensa, Çexiya prezidenti Vatslav Havel, Almaniya Prezidenti Roman Hersoq, Almaniya Bundestaqının spikeri Lammert, Almaniyanın təhsil naziri xanım Annete Şavan, Almaniyanın ailə naziri xanım dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülüblər.
Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.
Bütün bunlara baxmayaraq, respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir. Bu əlamətdar gün münasibətilə İsveçrə səfirliyinin Bakı Ofisi ilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) və BMT-nin İctimai İnformasiya Departamenti daim birgə tədbirlər keçirirlər.
Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” ilə yanaşı, “Sülh aylığı” elan olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur, əhalinin hüquqi maarifləndirməsi işinə mühüm töhfələr verməklə, ölkəmizdə insan hüquqları sahəsində müsbət təcrübə formalaşdırır.
- 09:14 27 Sentyabr-Anım Günüdür
- 17:22 “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” mövzusunda beynəlxalq forum keçirilib
- 16:37 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
- 16:34 “Ədəbiyyatımızın yaddaşında yaşayan imza” adlı tədbir təşkil edilib
- 14:24 Bakıda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsert keçirilib
- 14:18 Minskdə “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi açılıb
- 10:43 27 Sentyabr – Anım Gününə həsr edilən tədbir keçirilib
- 09:39 Nəsimi festivalının sonuncu günü Bakının tarixi məkanlarını əhatə edib
- 17:13 Berlin Filarmoniyasının solistlərinin Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunub
- 17:11 Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş olub
- 16:57 “Anım Günü – Zəfər tariximizin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib
- 16:49 “İgid vətən övladları" adlı tədbir keçirilib
- 15:00 “Unudulmazlar” adlı tədbir keçirilib
- 14:55 “Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib
- 14:27 Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
- 12:02 “Elm və təhsilimizin himayədarı kimi Heydər Əliyevin gördüyü işlər” adlı mühazirə keçirilib
- 10:00 Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb
- 09:55 Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub
- 09:51 Mahnı Teatrı Üzeyir Hacıbəyli festivalı çərçivəsində musiqili-teatral kompozisiya təqdim edib
- 16:47 “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
- 14:42 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:15 Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 12:47 “Milli Musiqimizin Memarı” adlı konsert keçirilib
- 09:12 Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb
- 09:09 Bakıda 8-ci türk film günləri keçiriləcək
- 09:05 Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi
- 15:25 “Dövlət Suverenliyi Günü” mövzusunda mühazirə oxunub
- 12:26 Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
- 12:07 “Azərbaycanfilm” öz “sakinləri” haqqında film çəkir
- 11:31 “Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib
- 09:34 Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək
- 09:05 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 11:13 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
- 10:47 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 17:06 Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
- 15:35 “Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib
- 15:09 "Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub
- 14:59 "Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib
- 14:53 Azərbaycan ilk dəfə Beynəlxalq Şüşə Biennalesində – “Dərviş” xalçası Sofiyada təqdim olunub
- 12:38 Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
- 16:45 “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib
- 15:19 Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
- 14:13 Milli Kitabxanada “Üzeyir Hacıbəyli – 140” adlı virtual və ənənəvi sərgi açılıb
- 10:29 18 sentyabr-Milli Musiqi Günüdür
- 09:38 Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:23 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
- 09:12 Qətər Dövləti Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
- 14:49 “Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib
- 14:41 “Atropatena” filminin çəkilişinə hazırlıq gedir
- 14:27 Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb
- 14:18 Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
- 10:45 Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
- 10:09 18 Sentyabr – Milli Musiqi Günündə Üzeyir musiqisi bütün bölgələrdə səslənəcək!
- 09:30 Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib
- 09:27 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalının Proqramı
- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib