
1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşası olub.
AZƏRTAC xəbər verir ki, 116 il bundan əvvəl səhnəyə qoyulan bu bənzərsiz sənət incisi müsəlman Şərqində yaranan ilk opera idi. Üzeyir bəy Azərbaycanda peşəkar bəstəkarlıq sənətinin təməlini qoydu. “Leyli və Məcnun”la həmçinin musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi.
Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər: “Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.
Ü.Hacıbəyli məqalələrindən birində “Leyli və Məcnun”un yaranma tarixindən bəhs edərək yazırdı ki, 1897 - 1898-ci illərdə, on üç yaşında olarkən, doğma şəhəri Şuşada “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəyə baxır. Həmin kiçik tamaşanı yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə hazırlamışdı. Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəyin yazdığına görə, bu tamaşa onun yaddaşına həkk olunur. Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələndən sonra o məhz Füzulinin “Leyli və Məcnun”u əsasında opera yazmaq qərarını verir.
“Leyli və Məcnun” operasının ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə Əbdürrəhim bəy Haqverdiyev idi. Tamaşanın bədii tərtibatında publisist, rəssam Əli bəy Hüseynzadənin rolu olmuşdu. İlk tamaşanı müşayiət edən orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi.
Müsəlman qadınların səhnəyə çıxmasına yol verilmədiyi o zaman Leyli rolunun ifaçısını tapmaq çox çətin idi. Qadın rollarını kişilər ifa edirdi. İlk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik bir gəncə (Əbdülrəhman Fərəcov) tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski çıxış etmişdi.
Sonralar Leyli rolunda Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova, Yavər Kələntərli, Sima Haşımlı, Simuzər Hətəmova, Rübabə Muradova, Nəzakət Məmmədova, Qəndab Quliyeva və başqa mərhum sənətçilər, eləcə də Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Simarə İmanova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova və bu günün digər tanınan ifaçıları səhnəyə çıxıblar.
Səhnəmizin Məcnunu isə Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əlövsət Sadıqov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Əli Mehdiyev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səfa Qəhrəmanov, eləcə də Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa xanəndələr olub.
Bir əsrdən çoxdur ki, “Leyli və Məcnun” operası tamaşaçını öz cazibəsində saxlayır və bütün zamanlar üçün öz aktuallığını, bənzərsizliyini qoruyub saxlayır.
- 17:13 Berlin Filarmoniyasının solistlərinin Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunub
- 17:11 Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş olub
- 16:57 “Anım Günü – Zəfər tariximizin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib
- 16:49 “İgid vətən övladları" adlı tədbir keçirilib
- 15:00 “Unudulmazlar” adlı tədbir keçirilib
- 14:55 “Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib
- 14:27 Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
- 12:02 “Elm və təhsilimizin himayədarı kimi Heydər Əliyevin gördüyü işlər” adlı mühazirə keçirilib
- 10:00 Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb
- 09:55 Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub
- 09:51 Mahnı Teatrı Üzeyir Hacıbəyli festivalı çərçivəsində musiqili-teatral kompozisiya təqdim edib
- 16:47 “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
- 14:42 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:15 Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 12:47 “Milli Musiqimizin Memarı” adlı konsert keçirilib
- 09:12 Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb
- 09:09 Bakıda 8-ci türk film günləri keçiriləcək
- 09:05 Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi
- 15:25 “Dövlət Suverenliyi Günü” mövzusunda mühazirə oxunub
- 12:26 Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
- 12:07 “Azərbaycanfilm” öz “sakinləri” haqqında film çəkir
- 11:31 “Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib
- 09:34 Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək
- 09:05 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 11:13 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
- 10:47 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 17:06 Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
- 15:35 “Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib
- 15:09 "Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub
- 14:59 "Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib
- 14:53 Azərbaycan ilk dəfə Beynəlxalq Şüşə Biennalesində – “Dərviş” xalçası Sofiyada təqdim olunub
- 12:38 Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
- 16:45 “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib
- 15:19 Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
- 14:13 Milli Kitabxanada “Üzeyir Hacıbəyli – 140” adlı virtual və ənənəvi sərgi açılıb
- 10:29 18 sentyabr-Milli Musiqi Günüdür
- 09:38 Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:23 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
- 09:12 Qətər Dövləti Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
- 14:49 “Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib
- 14:41 “Atropatena” filminin çəkilişinə hazırlıq gedir
- 14:27 Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb
- 14:18 Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
- 10:45 Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
- 10:09 18 Sentyabr – Milli Musiqi Günündə Üzeyir musiqisi bütün bölgələrdə səslənəcək!
- 09:30 Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib
- 09:27 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalının Proqramı
- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 14:21 Dövlət Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivalın qalibi olub
- 12:06 “Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
- 10:42 "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
- 09:41 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 09:22 Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
- 09:16 Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
- 14:33 Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
- 11:08 Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb