XƏBƏRLƏR
MƏLUMAT
"Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2025 10:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 5 nömrəli Uşaq İncəsənət Məktəbində "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib.

Tədbirdə ilk olaraq Bilik Günü münasibətilə təbriklər səslənib. Daha sonra qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Bədii hissədə rəssamlıq şöbəsinin şagirdləri canli rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdiriblər. Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub. Xoreoqrafiya şöbəsinin şagirdləri isə öz çıxışlarını təqdim ediblər.

Baxış sayı: 25