XƏBƏRLƏR
MƏLUMAT
“Y.Pen, Y.Kruqer Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgi açılacaq
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2025 17:37

12 mart 2025-ci il tarixində saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş rəngkarlıq və qrafika əsərlərindən ibarət “Y.Pen, Y.Kruqer. Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgi açılacaq.

Bu ekspozisiyada görkəmli Belarus rəssamları Yuri Pen (1854-1937) və Yakov Kruqerin (1869-1940) bədii irslərinin, eləcə də onların tələbələrinin bütöv bir pleyadasının – dünyaşöhrətli Mark Şaqal və Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, sovet, Belarus rəngkar və qrafikləri Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç kimi Belarus milli incəsənət məktəbinin “portretini” yaratmış müxtəlif bədii cərəyanların nümayəndələrinin yaradıcılığı əks olunub.

Sərgidə Belarus Respublikası Milli İncəsənət Muzeyi ilk dəfə olaraq Azərbaycan Respublikasında muzeyin kolleksiyasında yer alan XIX əsrin sonu - XX əsrin ortalarına aid 61 rəngkarlıq və qrafika əsərini təqdim olunacaq.

Sərgi 4 may 2025- ci il tarixinədək davam edəcək.

Baxış sayı: 101