
Martın 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşlığı çərçivəsində nəşr olunan “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov kitabda altı müstəqil türk dövlətinin musiqi irsinin geniş şəkildə əks olunduğunu bildirib.
Onun sözlərinə görə, türk xalqları geniş bir coğrafiyanı əhatə edir və bu kitab gələcəkdə təkcə altı türk dövlətinin deyil, digər türk xalqlarının – yakutların, başqırdların, tatarların və digərlərinin də musiqi irsini özündə birləşdirən yeni nəşrlərin yaranmasına zəmin yarada bilər. Bu kitab həm elmi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova layihə çərçivəsində altı türk ölkəsinin alimləri, sənətşünasları və musiqiçilərinin birgə ərsəyə gətirdiyi əsərin önəmini xüsusi vurğulayıb. O, bu cür təşəbbüslərin Türk dünyasının musiqi irsinin daha geniş tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfMilli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva qədim türk musiqi alətlərinin türk xalqlarının ulu keçmişinin yadigarları olduğunu deyib. Vurğulayıb ki, bu layihənin əsas məqsədi zəngin türk musiqisinin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və müxtəlif dilli auditoriyalara çatdırılmasına töhfə verməkdir.ə verdiyini qeyd edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, kitabın “Ön söz”ünün müəllifi Fərhad Bədəlbəyli çıxışında bu layihənin türk birliyinin möhkəmləndirilməsinə, türkdilli xalqların zəngin ənənəvi musiqi irsinin araşdırılmasına, qorunub saxlanılmasına və dünyada tanıdılmasına mühüm töhfə verəcəyini bildirib. Qeyd edib ki, türk xalqları minilliklər boyu ortaq musiqi mədəniyyətinə sahib olub və bu mədəniyyət onların tarixi köklərini, kimliyini və mənəvi dəyərlərini əks etdirir. Layihə çərçivəsində aparılan tədqiqatlar və hazırlanan materiallar gələcək nəsillər üçün qiymətli bir irs olacaq, musiqi alətlərinin tarixini, inkişafını və ifaçılıq ənənələrini daha dərindən öyrənməyə imkan yaradacaq. Tədbirdə kitabın hazırlanmasında iştirak etmiş və Mərkəzi Asiyadan olan ekspertlərin - Qazaxıstan Respublikasının Əməkdar xadimi Saule Uteqaliyevanın, Özbəkistan Dövlət Konservatoriyası, sənətşünaslıq elmləri doktoru professor Şoyista Qanixanovanın, Qırğızıstan Respublikasının Xalq artisti Roza Amanovanın, Maya Kuliyeva adına Türkmənistan Milli Konservatoriyasının “Musiqi tarixi” kafedrasının baş müəllimi və müdiri Bahargül Yaqubovanın videomüraciəti dinlənilib.
Daha sonra çıxış edən Türkiyənin Osmaniyə Korkut Ata Universiteti Memarlıq, dizayn və incəsənət fakültəsinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Meysər Kaya və Üzeyir Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru professor Gülnaz Abdullazadə layihənin əhəmiyyətindən danışaraq onun türk xalqlarının mədəni irsinin qorunmasına və tanıdılmasına verdiyi töhfələri vurğulayıblar.
Tədbirdə Qədim Musiqi Alətləri Ansamblının ifasında “Əbdülqadir Marağayinin bəstəsi əsasında kompozisiya”, eləcə də digər milli musiqi nümunələri səsləndirilib.
“Elm və təhsil” nəşriyyatında nəşr olunan “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabı oxuculara dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim olunub. Kitabın layihə rəhbərləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti professor Fərhad Bədəlbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyevadir.
Təqdim olunmuş kitabda çoxsaylı elmi mənbələr əsasında türkdilli xalqlara aid ən geniş yayılmış 104 ənənəvi musiqi aləti haqqında geniş informasiya verilib. Musiqişünaslar, ifaçı musiqiçilər, folklorçular üçün nəzərdə tutulmuş kitabda alətlərin mərhələli inkişaf tarixi, morfologiyası, konstruksiya və texniki xüsusiyyətləri, habelə məişətdə, orkestr və ansambl tərkibində ifaçılıq imkanlarından bəhs edilir.





- 17:10 “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
- 16:04 “Sevgimin səsi” yeni şeirlər kitabı daha çox gənclərə ünvanlanıb
- 14:18 Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq
- 14:17 Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb
- 10:00 Azərbaycan ilə Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub
- 09:45 Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür
- 09:42 Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
- 09:38 Bu gün Yel çərşənbəsidir
- 09:10 Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
- 17:00 “Yaralı miras: Səssiz şahidlər” fotoalbomu işıq üzü görüb
- 16:57 Kino sənayesi nümayəndələrinin iştirakı ilə Cinema Talks (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib
- 16:38 Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə çəkilən "Cənnət yuxusu" filminin təqdimatı keçiriləcək
- 16:29 “She knows the law, she owns her future” adlı tədbir keçirilib
- 16:15 Gənclər Kitabxanasında əmək qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib
- 15:27 “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi olub
- 14:48 Xalq artisti Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur
- 14:44 “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub
- 14:43 Parisdə ICESCO və Azərbaycan nümayəndələri arasında görüş olub
- 12:17 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi baş tutub
- 11:47 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 11:37 Musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 11:28 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 11:26 Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 09:59 10 Mart - Milli Teatr Günüdür
- 09:26 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
- 09:21 Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur
- 09:19 Milli Kitabxanada “10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi açılıb
- 19:38 “Sayrışan ulduzlar ” adlı konsert keçirilib
- 14:24 “Rəngarəng dünyamız” adlı master-klass təşkil edilib
- 14:21 Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi hazırlanıb
- 14:07 Binəqədi Mərkəzi Mədəniyyət evində konsert proqramı təşkil edilib
- 14:04 “Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
- 12:45 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
- 12:37 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı keçirilib
- 10:06 “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib
- 09:50 Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 117 ili tamam olur
- 09:26 Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb
- 09:20 Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib
- 14:42 "Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçirilib
- 14:38 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:17 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:14 Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”
- 11:53 “Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib
- 11:24 Bakıda tanınmış maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib
- 11:19 Xuraman Muradovanın Vətən eşqi - Turan sevdası kitabının Özbəkistanda təqdimat mərasimləri keçirilib
- 11:08 Braziliyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
- 09:24 Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub
- 09:19 Musiqili Teatrda Polad Bülbüloğlunun 80 illiyi münasibətilə tamaşa nümayiş olunub
- 17:03 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti olub
- 16:56 “Səslərin güzgüsü” piano gecəsi musiqisevərləri bir araya gətirib
- 16:23 UİF–2025 üçün hazırlıqlar başladı
- 16:06 “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı dəyirmi masa keçirilib
- 15:50 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
- 15:42 “Səma” rəqs ansamblı “Türkün səsi” adlı konsert proqramı ilə çıxış edib
- 15:01 “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək
- 14:14 Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”
- 14:12 Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
- 10:53 Bu gün tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anım günüdür
- 10:51 Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub
- 09:35 “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlanılıb