XƏBƏRLƏR
MƏLUMAT
UİF–2025 üçün hazırlıqlar başladı
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 16:23

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “Uşaq İncəsənət Festivalı–2025” üçün hazırlıqlar sürətlə davam edir.

Artıq 23 fərqli nominasiya üzrə 765 istedadlı uşaq festivalda iştirak üçün qeydiyyatdan keçib!

Səhnədə parlaq çıxış etmək, istedadını nümayiş etdirmək və unudulmaz bir sənət macərası yaşamaq istəyirsən?

6-17 yaş aralığındasan? O zaman festivalda iştirak etmək üçün sən də bizə qoşul.

İndi qeydiyyatdan keç: www.uif.az

Son qeydiyyat tarixi: 31.03.3025

Baxış sayı: 234