XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 14:14

Martın 14-də Novruz bayramı münasibətiylə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Gəl, Novruzum” adlı konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Musiqili Uşaq Teatrı”, “Güləbatın” vokal sinifi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı və milli əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxış edəcək.

Baxış sayı: 151