XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 14:12

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən yeni "Dublyaj" layihəsinə başlanılıb. Layihə üzrə dünyanın məşhur animasiya filmlərinin Azərbaycan dilində səsləndirilməsi həyata keçirilir.

Layihənin məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, ana dilimizdə keyfiyyətli dublyaj işlərinə dəstək olmaq və mədəni irsimizin inkişafına töhfə verməkdir.

İlk olaraq mədəniyyət könüllüsü İlahə Alxasova məşhur "Buzlar diyarı" ("Frozen") animasiya filminin sevimli qəhrəmanı Annanın mahnısını Azərbaycan dilində ifa edib. Çəkiliş prosesi Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində aparılıb.

“Mədəniyyət Könüllüləri” İB “Dublyaj”ın növbəti buraxılışları ilə tamaşaçıların görüşünə gələcək.

Baxış sayı: 126