
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında eyniadlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Lalə Süleymanova (Markiza Natalya de Lafonje) və Ləman İmanova (Hürü bəyim) çıxış edəcəklər.
“Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.
Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir. Rejissorun əsas məqsədi Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.
Səhnə əsərinə eyni zamanda kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar Akademik Milli Dram Teatrının bu tarixi tamaşasında həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur.


- 17:10 “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
- 16:04 “Sevgimin səsi” yeni şeirlər kitabı daha çox gənclərə ünvanlanıb
- 14:18 Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq
- 14:17 Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb
- 10:00 Azərbaycan ilə Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub
- 09:45 Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür
- 09:42 Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
- 09:38 Bu gün Yel çərşənbəsidir
- 09:10 Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
- 17:00 “Yaralı miras: Səssiz şahidlər” fotoalbomu işıq üzü görüb
- 16:57 Kino sənayesi nümayəndələrinin iştirakı ilə Cinema Talks (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib
- 16:38 Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə çəkilən "Cənnət yuxusu" filminin təqdimatı keçiriləcək
- 16:29 “She knows the law, she owns her future” adlı tədbir keçirilib
- 16:15 Gənclər Kitabxanasında əmək qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib
- 15:27 “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi olub
- 14:48 Xalq artisti Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur
- 14:44 “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub
- 14:43 Parisdə ICESCO və Azərbaycan nümayəndələri arasında görüş olub
- 12:17 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi baş tutub
- 11:47 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 11:37 Musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 11:28 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 11:26 Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 09:59 10 Mart - Milli Teatr Günüdür
- 09:26 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
- 09:21 Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur
- 09:19 Milli Kitabxanada “10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi açılıb
- 19:38 “Sayrışan ulduzlar ” adlı konsert keçirilib
- 14:24 “Rəngarəng dünyamız” adlı master-klass təşkil edilib
- 14:21 Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi hazırlanıb
- 14:07 Binəqədi Mərkəzi Mədəniyyət evində konsert proqramı təşkil edilib
- 14:04 “Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
- 12:45 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
- 12:37 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı keçirilib
- 10:06 “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib
- 09:50 Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 117 ili tamam olur
- 09:26 Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb
- 09:20 Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib
- 14:42 "Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçirilib
- 14:38 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:17 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:14 Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”
- 11:53 “Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib
- 11:24 Bakıda tanınmış maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib
- 11:19 Xuraman Muradovanın Vətən eşqi - Turan sevdası kitabının Özbəkistanda təqdimat mərasimləri keçirilib
- 11:08 Braziliyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
- 09:24 Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub
- 09:19 Musiqili Teatrda Polad Bülbüloğlunun 80 illiyi münasibətilə tamaşa nümayiş olunub
- 17:03 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti olub
- 16:56 “Səslərin güzgüsü” piano gecəsi musiqisevərləri bir araya gətirib
- 16:23 UİF–2025 üçün hazırlıqlar başladı
- 16:06 “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı dəyirmi masa keçirilib
- 15:50 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
- 15:42 “Səma” rəqs ansamblı “Türkün səsi” adlı konsert proqramı ilə çıxış edib
- 15:01 “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək
- 14:14 Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”
- 14:12 Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
- 10:53 Bu gün tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anım günüdür
- 10:51 Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub
- 09:35 “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlanılıb