
Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur.
Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəz yarandığı gündən burada çoxsaylı tədbirlər keçirilir. O, bu gün çox maraqlı heykəltaraş Cüzeppe Kartanın əsərlərinin təqdim olunacağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
Anar Ələkbərov vurğulayıb ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim olunur. Həmçinin bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya Biennalesində də iştirak edəcək və həmin Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim olunacaq. O qeyd edib ki, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm veriləcək, Zəngilan və Şuşa məscidləri, "Ağ şəhər" Kompleksi Venesiya Biennalesində təqdim olunacaq.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər zaman təşviq etdiyini diqqətə çatdırıb, yüksək səviyyədə və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Səfir bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən heykəltaraş Cüzeppe Karta Heydər Əliyev Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında olduğunu bildirib.
O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq 30 ildir heykəltaraşlıqla məşğul olduğunu söyləyib, öz əsərlərini olduqca sadə formada ərsəyə gətirdiyini qeyd edib.
Heykəltaraş bildirib ki, yaratdığı bütün əsərləri "cücərmə" adlandırır və əsərlərində "cücərmə"ni əks etdirməyə çalışır. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə təbiətə minnətdar olmalıdır.
Sonra sərgiyə baxış keçirilib.
Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alıb.
Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda, təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.
Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.
Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 metr hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb.
Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib. Həmin ilin sonunda bu heykəl onun Vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilir.
İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə “Çili bibəri səfiri” titulu verilib.
Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardır. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayır. Daha sonra Kartanın “narlar”ı “Sükut teatrı”nın rəmzinə çevrilir.
Ümumiyyətlə, Kartanın meyvə və tərəvəz heykəllərinin dünyanın bir-birindən fərqli yerlərini bəzəməsinə dair siyahını artırmaq olar. Onun bu yaradıcılıq konsepsiyası dünyada rezonans yarada bilib.
Kartanın kompozisiyaları eşidilməyən, lakin hiss olunan həzin bir melodiyanı xatırladır, əsərləri təbiətin əbədi gözəlliyini bir daha təsdiq edir.
ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq.
“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.











- 17:10 “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
- 16:04 “Sevgimin səsi” yeni şeirlər kitabı daha çox gənclərə ünvanlanıb
- 14:18 Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq
- 14:17 Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb
- 10:00 Azərbaycan ilə Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub
- 09:45 Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür
- 09:42 Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
- 09:38 Bu gün Yel çərşənbəsidir
- 09:10 Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
- 17:00 “Yaralı miras: Səssiz şahidlər” fotoalbomu işıq üzü görüb
- 16:57 Kino sənayesi nümayəndələrinin iştirakı ilə Cinema Talks (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib
- 16:38 Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə çəkilən "Cənnət yuxusu" filminin təqdimatı keçiriləcək
- 16:29 “She knows the law, she owns her future” adlı tədbir keçirilib
- 16:15 Gənclər Kitabxanasında əmək qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib
- 15:27 “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi olub
- 14:48 Xalq artisti Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur
- 14:44 “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub
- 14:43 Parisdə ICESCO və Azərbaycan nümayəndələri arasında görüş olub
- 12:17 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi baş tutub
- 11:47 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 11:37 Musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 11:28 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 11:26 Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 09:59 10 Mart - Milli Teatr Günüdür
- 09:26 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
- 09:21 Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur
- 09:19 Milli Kitabxanada “10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi açılıb
- 19:38 “Sayrışan ulduzlar ” adlı konsert keçirilib
- 14:24 “Rəngarəng dünyamız” adlı master-klass təşkil edilib
- 14:21 Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi hazırlanıb
- 14:07 Binəqədi Mərkəzi Mədəniyyət evində konsert proqramı təşkil edilib
- 14:04 “Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
- 12:45 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
- 12:37 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı keçirilib
- 10:06 “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib
- 09:50 Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 117 ili tamam olur
- 09:26 Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb
- 09:20 Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib
- 14:42 "Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçirilib
- 14:38 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:17 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:14 Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”
- 11:53 “Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib
- 11:24 Bakıda tanınmış maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib
- 11:19 Xuraman Muradovanın Vətən eşqi - Turan sevdası kitabının Özbəkistanda təqdimat mərasimləri keçirilib
- 11:08 Braziliyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
- 09:24 Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub
- 09:19 Musiqili Teatrda Polad Bülbüloğlunun 80 illiyi münasibətilə tamaşa nümayiş olunub
- 17:03 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti olub
- 16:56 “Səslərin güzgüsü” piano gecəsi musiqisevərləri bir araya gətirib
- 16:23 UİF–2025 üçün hazırlıqlar başladı
- 16:06 “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı dəyirmi masa keçirilib
- 15:50 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
- 15:42 “Səma” rəqs ansamblı “Türkün səsi” adlı konsert proqramı ilə çıxış edib
- 15:01 “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək
- 14:14 Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”
- 14:12 Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
- 10:53 Bu gün tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anım günüdür
- 10:51 Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub
- 09:35 “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlanılıb