XƏBƏRLƏR
MƏLUMAT
Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2023 06:47

Fevralın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xocalı soyqırımı ilə bağlı "Bir gecədə yanan şəhər, arzuları donan şəhər" adlı tədbir keçirilib.

İlk öncə Xocalı faciəsi və Vətən torpaqları uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı faciəsi, erməni quldurlarının törətdikləri vəhşiliklər haqqında məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Tədbir zamanı məktəb şagirdləri Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirdilər və bu faciənin dəhşətləri haqqında Azərbaycan və ingilis dillərində məlumatlar veriblər.

Sonda Xocalı həqiqətlərini dünyaya çatdırmış qəhrəman Vətən övladları haqqında videoçarx nümayiş olunub.

Baxış sayı: 278