
Azərbaycanın Xalq şairi (2005), ictimai xadim Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
Zəlimxan Yaqub 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayonunun "Qələbə bayrağı" qəzetində dərc edilib.
Zəlimxan Yaqub 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-da, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
“Məmməd Araz” ədəbi mükafatına (1995) layiq görülüb. "Şair harayı", "Vətən yaraları", "Sizi qınamıram" və "Ziyarətin qəbulolsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilib.
2005-ci ildə "Azərbaycanın Xalq şairi" fəxri adına layiq görülüb.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilib.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası Xalq şairini Fəxri diplom və medalla təltif edib.
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqub olub.
Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirib.
2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün Zəlimxan Yaqub haqqında məqalələri və qeydləri əsasında "Əbədi Prometey" adlı kitabı nəşr olunub. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlamış və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunub.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
- 17:02 “Bir dahinin ömür yolu” adlı tədbir keçirilib
- 14:24 “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Salman Qəmbərovla görüş keçirilib
- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək
- 14:13 Yazıçı-publisist Səyadulla Kərimlidən “Balalara töhfə”
- 12:29 “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
- 09:45 Bakı Musiqi Akademiyasında klassik musiqi axşamı keçirilib
- 09:39 Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
- 09:28 Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib
- 09:26 Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
- 09:23 Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Axundova ilə görüş olub
- 09:15 Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür
- 11:19 Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub
- 10:19 “Gözlərə nur saçan əllər” adlı tədbir keçirilib
- 10:11 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 09:55 Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub
- 09:25 Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq
- 09:21 ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib
- 09:19 Pantomim Teatrında “Müfəttiş” tamaşasının premyerası olub
- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür