XƏBƏRLƏR
MƏLUMAT
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2023 02:48

Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil. olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Direktor vә direktor müavinlәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunub. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulub.

Baxış sayı: 131