XƏBƏRLƏR
MƏLUMAT
Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2025 09:35

Bu gün Azərbaycanın Xalq yazıçısı, Prezident təqaüdçüsü Sabir Əhmədlinin anadan olmasının 95-ci ili tamam olur.

Sabir Əhmədli Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilib, Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri olub. Yazıçının “Poçtalyon” hekayəsi 1951-ci ildə “Pioner” jurnalında çap edilib. 1961-ci ildə “Bir payız axşamı” kitabı, 1989-cu ildə “Azərnəşr”də ikicildlik əsərləri çap edilib. “Aran”, “Pillələr”, “Yamacda nişanə”, “Toğana,“Dünyanın arşını”, “Yasaq edilmiş oyun. Gülməli kişinin axırı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu” və s. kitabları nəşr edilib. Qarabağ hadisələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub.

Sabir Əhmədli 2009-cu ildə vəfat edib.

Baxış sayı: 63