XƏBƏRLƏR
MƏLUMAT
"Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2025 11:15

İyulun 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Musiqili Bakı" festivalı çərçivəsində "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə ictimaiyyət nümayəndələri, sakinlər və digər qonaqlar iştirak ediblər.

Sakinlərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə keçirilən konsertdə "Azad" rəqs ansamblı Azərbaycan rəqsləri ilə yanaşı, bir çox ölkələrin rəqsləri ilə çıxış edib. 

Qeyd edək ki, "Azad" rəqs ansamblının bədii rəhbəri Rəhim Babayevdir.

Baxış sayı: 57