XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2025 14:26

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-İsraili kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində Azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüseri Shaul Siman-Tovdur (İsrail), operatorları Royal Quluzadə, Vüsal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).

 

Baxış sayı: 44