XƏBƏRLƏR
MƏLUMAT
Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2025 10:13

Bu gün Azərbaycan şairi, maarifçisi  Seyid Əzim Şirvaninin anadan olmasının 190-cı ili tamam olur.

Seyid Əzim Şirvani Dağıstanda təhsil alıb. Fars və ərəb dillərini dərindən öyrənib, Dağıstanda bir neçə yerli xalqın da dilini mənimsəyib. Təhsilini artırmaq üçün İraqa gedib. O, Şamaxı şəhərində yeni üsulla “Məclis” adlı məktəb açıb. Bu məktəbdə şagirdlərə ana dili ilə yanaşı, rus və fars dilləri də öyrədilmiş, dünyəvi elmlərdən ibtidai məlumat verilib. Zaqafqaziya Tədris Dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini yüksək qiymətləndirib, şair gümüş medalla təltif edilib. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Seyid Əzim Şirvani həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən “Təzkirə”nin müəllifi olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliklər də yazıb. Şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan (divan) ibarətdir. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb.

Dövrünün böyük maarifçi şairi Seyid Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat edib.

Baxış sayı: 51