XƏBƏRLƏR
MƏLUMAT
Ulu Göyçənin şair oğlu - Aşıq Alqayıt
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2022 02:17

Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olub və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirib. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik edib.

O, 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunub və 1974-cü ilə qədər burada fəaliyyət göstərib. 1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979-cu ildən Göygöl rayonunda məskunlaşıb, Göygöl rayon Mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərib. Aşıq Alqayıt 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayıb və özünəməxsus yaradıcılığını davam etdirib.

Onun “Qalx ayağa, Azərbaycan", "Yaralı qartal", "Hərbi nəşriyyat", "Seyid Bayram ocağı", "Analı dünyam",  "Hərbi nəşriyyat" və digər şeir kitabları var.

Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat edib.

Baxış sayı: 362