XƏBƏRLƏR
MƏLUMAT
“Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/04/2025 14:11

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Suraxanı rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, rayon səhiyyə müəssisələrinin nümayəndələri  və digər qonaqlar iştirak ediblər.

İlk olaraq  Ümummilli lider Heydər Əliyevin və  Akademik Zərifə xanım Əliyevanın  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Zərifə xanımın oftalmologiya sahəsindəki xidmətləri onun dərin elmi düşüncə qabiliyyətinin, zəhmətsevərliyinin və insanlara olan sevgi dolu münasibətinin məhsulu idi. Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar nəinki ölkəmizdə, həm də beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edir. Zaman keçsə də, onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə işıq tutacaq.

Tədbirdə iştirak edən, Əmircan bələdiyyəsinin üzvü Cəlaləddin Əhmədov, Hövsan qəsəbə sakini Əjdər Şəfiyev Zərifə xanım Əliyevanın göz müayinəsi qəbulunda olarkən onunla bağlı xatirələrindən danışıblar.

Sonda tədbir iştirakçıları Z. Əliyevanın xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxıblar.

Baxış sayı: 29