XƏBƏRLƏR
MƏLUMAT
“Tarix yazan şəhidlər” rubrikasında Orxan Mirzəyev
ÜMÜMİ XƏBƏRLƏR
02/11/2021 01:43

Orxan Əli oğlu Mirzəyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. O, Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsilini alıb.

Orxan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Şəhid Orxan Mirzəyev 2 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Aşağı Cürəli kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabrtarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Baxış sayı: 159